05 Oktyabr 2024
Ölkə futbolu

Bu futbolçular da paytaxt klubundan gedir

Mövsümü 9-cu pillədə tamamlayan “Səbail”də növbəti mövsüm ciddi dəyişikliklər gözlənilir. Son turda “Şamaxı”nı məğlub edərək Premyer Liqada qalan “dənizçilər”  transfer çalışmalarına başlayıb. 

Artıq paytaxt klubu cari mövsüm gözlənən performansı sərgiləyə bilməyən bir neçə isimlə yollarını ayırıb. Bunlar Qoba Zakfa, Qustavo de Fransa və Luvaqa Kizitodur.

Baş məşqçi Şahin Diniyev daha bir neçə oyunçunu komandadan göndərmək niyyətindədi. Bunların içərisində legionerlərlə yanaşı, yerli isimlər də var.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Elmir Tağıyevlə Ruslan Hacıyev də növbəti mövsümdən “dənizçilər”də çıxış etməyəcək. Rəhbərlik təcrübəli mütəxəssisin rəyi əsasında müqaviləsi sona çatan Hacıyevlə sözləşmə yeniləməyib.

“Səbail”lə müqaviləsi davam edən Tağıyev isə Diniyevin gələcək planlarına daxil deyil. Bu səbəbdən onunla da yollar ayrılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43