Kateqoriyasız

Bu futbolçular “Səbail”də qaldı

“Səbail” daha 4 futbolçusu ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rauf Əliyev, Mabidi Çikito Lema, Elxan Əhmədov və Kamal Bayramovın müqaviləsi 2020/2021-ci il mövsümünün sonunadək uzadılıb.

Qeyd edək ki, Bakı təmsilçisi bu gün Orxan Qurbanlı, Bahadur Həziyev, Adil Nağıyev, Peyman Keşavarz və Elçin Rəhimlinin də müqaviləsini 2020/2021-ci il mövsümünün sonunadək artırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43