Kateqoriyasız

Bu futbolçular yayda “Neftçi”dən göndərilir

Bu mövsüm çempionluq yarışında “Qarabağ”a uduzaraq azarkeşlərini məyus edən “Neftçi” yayda bir neçə futbolçusu ilə yolları ayıracaq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov portuqaliyalı müdafiəçi Huqo Bastoya ehtiyac duymur. Məhz buna görə də təcrübəli müdafiəçi komandadan gedənlərdən olacaq.

Əsas heyətə düşməkdə çətinlik çəkən əvəzedici heyətə göndərilən hücumçu Mirabdulla Abbasov da  “qara siyahı”dadı. Onun yayda başqa komandaya icarəyə verilməsi, ya da müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43