Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
İdmanxeber.az xəbər verir ki, tədbir saat 10:00-da start götürəcək.
Toplantının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
Azərbaycan milli komandasının baş məşqçisinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə
Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat)
AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi
Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması
Digər məsələlər