25 Dekabr 2024
Kateqoriyasız

Bu gün Avro-2020-nin keçiriləcəyi 13 şəhər müəyyənləşəcək: Bakı bunlardan biri ola bilər

Bu gün UEFA-nın İcraiyyə Komitəsi Avro-2020-nin final mərhələsinin oyunlarını qəbul edəcək 13 assosiasiyanı seçəcək. Seçilən şəhərlərin elan olunması mərasimi Cenevrə şəhərindəki Espace Hippomene Sərgi Mərkəzində, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

İdmanxeber.com-un məlumatına görə, Avro-2020-nin oyunları 13 paketə bölünüb: qrup mərhələsinin 3, play-off  (1/8 və 1/4 final) mərhələsinin isə 1 oyununun daxil olunduğu 12 standart paket və yarımfinal qarşılaşmalarının və final matçının daxil olunduğu 1 paket.

Standart paket üçün 19 assosiasiya sifariş sənədlərini təqdim edib:

Azərbaycan (Bakı), İngiltərə (London), Belarus (Minsk), Brüssel (Belçika), Bolqarıstan (Sofiya), Makedoniya (Skopye), Macarıstan (Budapeşt), Almaniya (Münxen), Danimarka (Kopenhagen), İsrail (Yerusəlim), İrlandiya (Dublin), İspaniya (Bilbao), İtaliya (Roma), Hollandiya (Amsterdam), Rusiya (Sankt-Peterburq), Rumıniya (Buxarest), Uels (Kardiff), İsveç (Stokholm), Şotlandiya (Qlazqo)

Yarımfinal mərhələsinin oyunları və final matçı üçün sifariş sənədlərini iki assosiasiya təqdim edib:

Almaniya (Münxen), İngiltərə (London)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43