23 Dekabr 2024
İdman

Bu gün hansı idmançılarmız yarışacaq? – Avropa Oyunları

Bu gün “Minsk 2019” 2-ci Avropa Oyunlarında daha bir neçə idmançımız mübarizə aparacaq.

İdmanxeber.az-ın məlumatına görə, təmsilçilərimiz cüdo, boks, badminton və batut gimnastikası üzrə yarışacaq.

Cüdo

90 kq çəkidə mübarizə aparan cüdoçumu Məmmədəli Mehdiyev  1/16 finalda Petar Zilka (Slovakiya)/Yahor Varapayev (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Elmar Qasımov (100 kq) 1/16 finalda ukraynalı  Anton Savitki ilə üz-üzə gələcək.

Zelim Kotsoyev (100 kq) 1/16 finalda Boyan Doseni (Serbiya) sınağa çəkəcək.

Uşanqi Kokauri (100+) isə  1/8 finalda  Vinçentso Darko (İtaliya)/Vito Draqiç (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qadınların yarışında İrina Kindzerska (78 kq) 1/8 finalda Jasmin Kuelbs (Almaniya)/Sebile Akbulut (Türkiyə) cütünün qalibi ilə mübarizə aparacaq.

Boks

56 kq çəkidə mübarizə aparan boksçumuz Tayfur Əliyev  1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq.

Məsud Yusifzadə (52) 1/8 finalda Dmitri Zamotayev ilə (Ukrayna) münasibətlərinə aydılıq gətirəcək.

Lorenso Sotomayor isə (69 kq) 1/8 finalda bosniyalı Adem Fetahoviçi sınağa çəkəcək.

Qadınların yarışına gəldikdə, 69 kiloda Məryəm Cəbrayılova  1/8 finalda Vivyen Budaiyə (Macarıstan) rəqib olacaq.

Badminton yarışlarının qrup mərhələsinin ilk turunda təmsilçimiz Azmi Qovumuramadhoni rumıniyalı Kollinz Valentin Filimonla qarşılaşacaq.

Batut gimnastikasının sinxron hərəkətlərində Ruslan Ağamirov – İlya Qrişunin cütlüyü yarışacaq.

Qeyd edək ki, aktivində 4 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 20-ci pillədədir. Rusiya 19 qızıl, 10 gümüş və 10 bürünclə birincidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43