Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi keçiriləcək.
İdmanxeber.az-ın məlumatına görə, 25-ci turun mərkəzi görüşündə “Qalatasaray” “Fənərbğça”nı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı əcnəbi hakim Slavko Vinçiç idarə edəcək.
Hazırda turnir cədvəlində “Qalatasaray” 63 xalla liderdir. “Fənərbaxça” isə 57 xalla 2-cidir.