Kateqoriyasız

“Bu gün tam fərqli komanda gördüm” – Ramin Quliyev

“Bu oyuna qələbə üçün köklənmişdik. Lakin müdafiədə buraxılan səhv hər şeyi dəyişdi. Ancaq məğlub olan komanda oyunu sonrada çevirməsi belə gözəldi bu gun tam fərqli bir komanda gördüm. Oona görə də bu sevindirici haldı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Ramin Quliyev deyib

“Zirə” ilə oyunda heç-heçə edən paytaxt klubunun çalışdırıcısı daha sonra sözlərinə belə davam edib:

“Bu oyuna nəinki xalımız yox idi, hətta qol belə vura bilmirdik. Bu da keyfiyyətli hücumçularımızın olmamasından irəli gəlirdi. Bu gün 4 oyuna 1 xal qazanmağımız əlbəttə ki, yaxşı deyil. Ancaq bunları düzəltməyə çalışacağıq”.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43