Kateqoriyasız

“Bu hesab bizi aldatmamalıdır” – Qurban Qurbanov

FutbolPress
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə “Sumqayıt”a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

46 yaşlı mütəxəssis öncə qələbəni şərh edib:

– Futbolçular bu gün çox istəkli idi. Onları təbrik edirəm. İlk hissədə çətinlik çəkdik. Ancaq fasilədən sonra fərqli oldu. Buna baxmayaraq, hesab bizi aldatmamalıdı. Vacib oyunlarımız var.

– Finişə cəmi 6 tur qalıb. Komandanız çempionluğa hazırdı?
– Problemlər həmişə var. Hər şey düşündüyümüz kimi olsa, bizim üçün işləmək asan olar. Dəfələrlə demişəm ki, hər oyun bizim üçün çətin olacaq. Belə asan oyunlar mövsüm ərzində 1-2 dəfə olur. Futbolçularımız təcrübəlidi, çempion olmaq istəyirlər. Amma bu, futboldu, düşündüyümüz kimi olmaya bilər. Hər bir oyuna ciddi hazırlaşmalı, işimizi düzgün qurmalıyıq. İnşallah, çempion olacağıq. Olmasa, çalışırıq ki, idman prinsiplərinə əməl edək. İki komandadan biri çempion olmalıdı. Hər oyunda bu hisslə meydana çıxmırıq.

– Çempionluğa görə kuboku qurban vermək fikrindəsiniz?
– Bizdə heç vaxt belə düşüncə olmayıb. Fərqli turnirlərdi. Əgər şansımız varsa, niyə də istifadə etməyək? Hər iki turnirin oyunları bizim üçün çox önəmlidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43