Kateqoriyasız

Bu klub Mahir Emreli ilə maraqlanır

“Legiya”da uğurlu çıxışı ilə diqə çəkən Mahir Emreli “Kopenhagen” klubunun maraq daisərinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, Danimarka təmsilçisi Polşa klubunda çıxış edən millimizin üzvünü yaxından izləyir. Bu mövsüm “Legiya” forması ilə bütün turnirlərdə 20 oyunda 10 qol vuran Mahirin “Kopenhagen”nin mümkün transferinə necə münasibət bəsləyəcəyi isə maraqla gözlənilir.

Xatırladaq ki, Mahir Emreli yayda “Qarabağ”dan ayrılaraq “Legiya” ilə 3+1 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43