29 Sentyabr 2024
Kateqoriyasız

Bu klub Qurban Qurbanova təklif göndərdi, “yox” cavabı eşitdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Rusiyanın “Ximki” klubundan təklif alıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə jurnalist İvan Karpov teleqram kanalında məlumat yayıb.

Lakin çalışdırıcı Rusiya klubunun bu təklifinə “yox” deyib.

Qeyd edək ki, “Ximki” Rusiya çempionatında 7 turdan sonra 11-ci sıradadır. Komandanı Spartak Qoqniyev çalışdırır. O, dünən baş məşqçi postuna gətirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43