18 Dekabr 2024
Dünya futbolu

Bu klub Roman Qriqroçukla danışıqlar aparır – İlkin razılıq əldə olundu

“Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk Ukraynanın LNZ (Çerkassı) klubunu çalışdıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəsssis sözügedən komanda ilə danışıqlar aparır. 

Hazırda LNZ-də baş məşqçi postu boşdu. Klub rəhbərliyi məhz 59 yaşlı mütəxəssisi komandaya cəlb etmək niyyətindədi. Tərəflər arasında danışıqların getdiyi və son mərhələdə olduğu bildirilir. Son anda hər hansı bir dəyişiklik olmayacağı təqdirdə, Qirqorçuk LNZ-nin yeni baş məşqçisi olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43