Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə yoxlama görüşü keçirmək istəyən “Şamaxı”nın bu planı baş tutmayıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Ayxan Abbasovun başçılıq etdiyi kollektiv I Liqa təmsilçisi “Qəbələ” ilə sınaq matçında üz-üzə gəlmək istəyib. Lakin qarşı tərəf bu təklifi rədd edib.
Bununla da komandanın Premyer Liqanın 10-cu turuna yalnız məşq etməklə hazırlaşacağı dəqiqləşib.
Qeyd edək ki, “Şamaxı” hazırlıqlarını doğma şəhərdə keçir.