Kateqoriyasız

“Bu, komandanın tam potensialı deyil” – Füzuli Məmmədov

Azərbaycan Premyer Liqasında XVII turun “Neftçi” – “Keşlə” (3:1)  oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi…

– Bilirdik ki, çətin oyun olacaq. Ciddi hazırlaşmışdıq. Rəqibi bütünlüklə analiz etmişdik. Necə oynayacaqlarını bilirdik. Qurduğumuz plan və futbolçuların meydanda tapşırıqları maksimum yerinə yetirməsi, əzmkarlığı qələbə ilə nəticələndi. Bu qələbəni 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərə həsr edirik.

– 3 oyunun hər birində hücum xəttində müxtəlif gedişlər etmisiz. Bugünkü irəli üçlünün ideal seçim olduğunu demək olarmı?
– Oyunları analiz edirik. Hansı matçlarda səhv cəhətlər olduqda ona uyğun kimin daha hazırlıqlı olduğunu nəzərə alıb heyəti qururuq.

– İlk hissədə komandanız əla oynadı. Bu cür tempi qalan matçlarda saxlamaq olarmı?
– Mən bura yeni gəlmişəm. Düzdü, komandanın içində idim və futbolçuların potensialını bilirəm. Amma deməzdm ki, bu, onların tam potensialıdı. İşləyəcəyik və daha yaxşı futbol sərgiləməyə çalışacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Qarabağ” “Atalanta” və “Qalatasaray”ı qabaqladı

admin

Ən yaxşısı “Bakcell Arena”da, ən pisi Bayılda

admin