22 Fevral 2025
Ölkə futbolu

Bu legioner də “Neftçi”yə lazım olmadı, gənclərin yanına getdi 

Samir Abasov daha bir legioner futbolçunu komandadan göndərməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, söhbət Yeqor Boqomolskdən gedir. Futbolçu dünən “Sumqayıt”a qarşı matçda çıxış etməyib.

Onun adı ümumiyyətlə oyunun iştirak ərizəsinə daxil edilməmişdi. “23-lüy”də olmayan belaruslu bu gün əvəzedici heyətdə “Sumqayıt 2″yə qarşı çıxış edəcək.

Boqomolski mövsüm sonu komandadan ayrılması gözlənən futbolçular siyahısındadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43