İspaniyanın “Malyorka” klubunun baş məşqçisi Xoakin Kaparros klubda çalışdığı dönəmdə oyundan əvvəl futbolçularını motivasiya etmək üçün onlara porno izlətdirirmiş.
İdmanxeber.com-un məlumatına görə, 60 yaşlı məşqçi qəribə addıma 2012-ci ildə “Atletik”lə oyunda öncə atıb.
Məsələ burasındadı ki, həmin dönəmdə “Malyorka” La Liqadan Sequndaya yuvarlanmaq təhlükəsi ilə üzləşmişdi. Kaparros isə futbolçularına porno izlədərək “Bu filmdəki adam qədər mübarizə aparmalısız” deyib.