Ölkə futbolu

“Bu nəticəni gözləmirdik” – “Sabah”ın məşqçisi

“Sabah” Misli Premyer Liqasının 18-ci turunda səfərdə “Sumqayıt”ı 6:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, matçdan sonra paytaxt təmsilçisinin məşqçisi Artur Olenin “CBC Sport” kanalının suallarını cavablandırıb:

– Uşaqları qələbə münasibətilə təbrik edirəm. Hamı yaxşı hazırlıqlı idi. Bu nəticəni gözləmirdik. Uşaqlar çox yaxşı döyüşdülər. Əvvəlki oyunlara nisbətən balaca dəyişiklik etmişdik.

– Dörd oyun idi, qalib gələ bilmirdiniz. Futbolçuları oyuna necə köklədiz? 

– Digər oyunlardakı kimi. Əvvəlki matçları azlıqda oynamışdıq.

– Murad Musayev sizə nə deyirdi? 

– Həmişə ünsiyyətdə olmalıyıq onunla. Baş məşqçi kimi oyunu idarə edirdi.

– Bu qələbə sizin üçün motivasiya olacaq? 
– Mövsümün ilk yarısını belə hesabla qalib başa vurmaq çox xoşdur. Azarkeşlərimizi təbrik edirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43