Kateqoriyasız

“Bu oynamaq yox, sürünməkdir” – Kamran Ağayev

“Uzun müddət ağır zədəm var idi. Artıq “Səbail”dəyəm”.

İdmanxeber.az-ın məlumatına görə,bunu APA TV-nin “Günün yarısı” verilişinə açıqlamasında “Səbail”in qapıçısı Kamran Ağayev deyib.

Azərbaycan millisinin sabiq qolkiperi uzun fasilədən sonra futbola qayıdışından danışıb. Kamran bildirib ki, əvvəlki formasını bərpa etməsə, karyerasını bitirəcək:

“Müqavilə bağlayanda baş məşqçimizə dedim ki, əvvəlki formamı bərpa etməsəm, heç vaxt qapıda durmayacam. Bu gün bu çəkidə də oynaya bilərəm. Amma bu oynamaq yox, sürünməkdir. Formaya düşməsəm, karyeramı bitirəcəyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43