Ölkə futbolu

“Bu oyuna tam hazır olmaq lazımdı” – Namiq Ələskərov

“Neftçi”nin futbolçusu Namik Ələskərov Sloveniyanın “Domjale” komandasına qarşı keçirdikləri yoxlama oyunundan (1:2) sonra fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, Ələskərov, klubun televiziyasına açıqlamasında bunları deyib:

“Yoxlama oyunu olsa da, istəyirdik qələbə qazanaq. Alınmadı. Əsas odur ki, oyunumuzu yaxşılaşdıraq. Qarşıda bir yoxlama oyunumuz var. Çalışacağıq ki, yaxşı performans göstərək.

Əsas olan Tbilisidəki “Dinamo” ilə matçdır. Bu oyuna tam hazır olmaq lazımdır. İnanıram ki, hər şey qaydasına düşəcək”.

“Neftçi” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 7-də Gürcüstanda “Dinamo” ilə qarşılaşacaq. Komandalar arasındakı cavab matçı iyulun 14-də, Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43