Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev “Araz Naxçıvan” klubunun 55 illiyi münasibətilə təşkil olunan “1 uşaq 1 top” futbol festivalından öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı…
– “Araz Naxçıvan”ın I Diviziona buraxılması qərarı gözlənilməz olmadı? Muxtar Respublika qayıdışa necə hazırlaşır?
– Yanvarda “Araz Naxçıvan” və Futbol Federaisyasının struktur dəyişikliyindən sonra ilk görüşdə klubun korporativ kimliyinin geri qaytarılması və inkişafı ilə bağlı layihə hazırladıq. Tək komanda yox, klub olaraq inkişafı götürdük. Promo məhsulları, formalar, akademiya, regionlarda filialların açılması ilə bağlı 10 illik plan hazırladıq. Hədəflərdən birincisi klubu Premyer Liqaya çıxarmaqdır. AFFA rəhbərliyi ilə görüşdükdən sonra belə qərar verildi ki, 1 il I Divizionda oynayaq. Premyer Liqada şərtlər başqadır. 1 il ərzində ümumi təcrübə qazanmalıyıq. Sstruktur formalaşdırılmalıdır. 1 ildə komandalar, məşq meydançaları formalaşdıra bilərik. Danışıqlardan sonra qərar verdik ki, I Divizionda oynayaq. Müraciət etdik, qəbul olundu. Bu, peşəkarlaşma yolunda atdığımız ilk addımlardan biridir. 55 illiyi də tam uşaq futboluna həsr edirik. Bütün planlarımız uşaq futbolunun inkişafına yönələcək. “Araz Naxçıvan”ı artıq hər kəsin oynamaq arzusunda olduğu kluba çevirmək istəyirik. Bütün şəhər qırmızı-ağ rənglərə bürünüb. İnanırıq ki, bundan sonra daha kütləvi hal alacaq.
– Uzunoba təlim-məşq kompleksi tikilib. Bu barədə ümumi mə məlumat verərdiz.
– Bizə meydança, infrastruktur lazımdır. 1 il əvvəl belə bir layihə hazırladıq. Akademiyanı şəhərdən kənara çıxarmaq istədik. Orada biş ərazilər çoxdur. Gələcəkdə daha böyük infrastruktur qurulması üçün addımlar atılacaq. Ora uşaq futbolunun təlim-məşq bazası kimi nəzərdə tutulub. 14 yaşa qədər uşaqların məşq etməsi, oynaması və çimərlik futbolunun inkişafı üçün qurulub. Görəcəyimiz işlərdən biri futazlın inkişafı ilə bağlıdır. 24 komandanın iştirakı iləı Naxçıvan futzal çempionatı keçirdik. Pandemiyaya görə yarımçıq qalsa da, yenidən keçirmək istəyirik.
– Futbol üçün böyük maliyyə tələb olunur. Naxçıvan istehsal sahələrindən bu işə yatırım olacaq?
– Güclü maliyyə dəstəyi lazımdır və bu, davamlı olmalıdır. İdarə heyətinin üzvlüyündə 4 iş adamı var. Bir çox maliyyə meyarları var. Naxçıvanda iqtisadi inkişaf davam edir. Bunun da nəticəsində futbolumuz bir yerə gəlməlidir. Tam açıqlaya bilməyəcəyəm. Amma maliyyə dayanıqlılığını hiss edirik. 10 illik proqram az deyil. Günün tələblərinə uyğun olaraq, tələblərə görə ildən-ilə hədəflərimizə uyğun maliyyə artmalıdır.
– Naxçıvanda daxili çempionat keçirilirdi. Bu, davam edəcək?
– Bəli. Futbol federasiyası rəhbərliyi olaraq hər bir rayona iş adamı sponsorlar veririk. Onlar həmin komandaları qucaqlayıblar, bütün maliyyə dəstəklərini verəcəklər.. AFFA da köməkliyini əsirgəməyəcək. Region komandalarımız hər biri Ədliyyə Nazirliyindən qeydiyyatda keçiriləcək.
– Təhsil Nazirliyi və xarici klublarla əməkdaşlıq olacaq?
– 3 ay əvvəl AFFA-da görüş keçirdik. Bütün idman növlərinin bazası məktəblərdir. Elit məşq layihəsi və məktəblərdə futbol dərsləri layihələri burada tətbiq olunacaq. D və C kateqoriyalı məşqçi kursaları keçirildi. Bunların hamısı paralel şəkildə aparılmalıdır. Biz digər nazirliklərlə iş aparmalıyıq. Hər birindən bir nazirlikdən bir nəfər Naxçıvan Futbol Federasutasının idarə heyətinin üzvlüyünə seçildi. Hazırda turnir keçirdikdə heç bir çətinlik yaşamırıq. Artıq onlar bilir ki, hara nə göndərmək lazımdır. Xarici klublara gəlincə, ABŞ geyim şirkəti ilə ilkin razılıq əldə etmişik. 100-dən çox klubla əməkdaşlıq edirlər. Onların netvörkinq sisteminə qoşulmaq üçün müqavilə imzalayacağıq. Belədə, avtomatik əməkdaşlıq yaranır. Aşağı yaş komandalarının turnirlərə cəlb olunması, məşqçilərimizin praktikaya göndərilməsi işləri aparılacaq. Onlardan artıq bizə geyim dəstləri gəlib.
– Federasiya prezidenti Vüqar Abbasov həm də “Araz Naxçıvan”ınm prezidentidir. Siz özünüz də klubda təmsil olunursuz. Bu isə qaydalara ziddir. Seçim qarşısında qalsaz, hansını seçəcəksiz?
– Bəli, qaydalara ziddir. Bu barədə müzakirələrimiz olub. “Araz Naxçıvan”a yeni prezidentin seçilməsi gözlənilir. Mənim federasiya və klubda davam etdirməyimə gəlincə, ağır sualdır. Hara məsləhət görülsə, işimizi orada davam etdirəcəyik. Həm federasiya həm klubun rəngləri ağ-qırmızıdır.
– Adil Şükürov buradadır. Akademiyada işlərin ona tapşırılacağı gözlənilir…
– Hazırda rəsmi açıqlama verə bilmirik. Ounula bir neçə görüşümüz olub. Uşaq futbolu hamının çox danışdığı sahədir. Akademiyaların olmaması çox müzakirə olunur. Bu təhsil necə olmalıdır? Heç bir layihə ortaya qoyulmur. Avropa təcrübəsindən yararlanırıq, amma hansı təcrübəsindən? Belə akademiya formalaşdıra bilməmişik. Formalaşdırsaq belə, uzunmüddətli olmalyb. Biz akademiyanı qurmağı, futbol təhsilini, uşaqların düzgün insan kimi formalaşdırılmasının müzakirəsini aparmalıyıq. İnsan faktoru ilə işləyirik. Futbol dayanmadan inkişaf edir. Bu gün futbolçunun beyninə də müdaxilə edirlər. Avropada sürətli düşünmə, beyin bacarıqlarının inkişafı üçün böyük bir iş aparılır.
– Burada inkişaf baxımından çox şey dəyişib. Hər şeyin bir vaxtı var. Bu da 2022-ci ilə təsadüf etdi. Klub saxlamaq böyük maliyyə tələb edir. 44 günlük Vətən müharibəsindən sonra ümidlərimiz daha da artdı. Zəngəzur dəhlizinin açılması Naxçıvan futbolu ilə Azərbaycan futbolunun qaynaşmasına səbəb oldu. Aşağı yaş qruplarımız da zona yarışlarında iştirak edə biləcək. Biri var Naxçıvan çempionatında oynasınlar, biri də var ən yaxşıları ümumölkə liqalarında oynasın.
– Region Liqasındakı yarımfinal oyununa görə komandaya texniki məğlubiyyət verildi. Klubdan bir reaksiya olmayıb. Bu məsələyə aydınlıq gətirərdiz…
– Region Liqası üçün xüsusi planlarımız var idi. Naxçıvanda güclıü komandalasrımızın sayı çox deyil. Ona görə baş məşqçinin istəklərinə görə iki aylıq planlar quruldu. Qərardan sonra klub rəhbəri otelə gəlib bütün futbolçuları ətrafına yığıdı. Bildirdi ki, siz meydanda qalibsiz, bu oyunları yoldaşlıq görüşü kimi qəbul edin, bizə gələcəyin komandasını qurmaq lazımdır. Peşəkar addımlar atırıqsa, gəlcəcəyin klubunu qurmaq üçün korporativ işlər görmək istəyiriksə, həvəskar liqasında oynamağın mənası yoxdur. Biz həmin futbolçuların adını əvvəldən görnədmişdik. Yürımfinalda isə bir daha müqalibəyə baxmadıq. Orada da “Xan Lənkəarn”ın etiraz etidyi yox, etmədiyi başqa futbolçu ilə bağlı qərar qəbul edilib.
– 10 illik proqram var. Həmin müddətdən sonra “Araz Naxçıvan”ı harada görürsüz?
– Hədəfimiz avrokuboklarda oynamaqdır.