Dünya futbolu

“Bu səviyyədəki komanda belə səhvlərdən qol buraxmamalıdır”

Türkiyə Superliqası çərçivəsində səfərdə "Akhisar Belediyespor" məğlub olan (2:1) "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini oyunsonrası mətbuat konfransında maraqlı açıqlamalar verib.

 O, bunlar dilə gətirib.

"Təcrübəli futbolçuların yoxluğu hiss olundu. İki səhv edib, qollar buraxdıq. Bu səviyyədəki komanda səhvlərdən qol buraxmamalıdır. Azarkeşlərimizi üzmək istəmədik. Çalışmağa ehtiyacımız var. Komandamız daha irəliyə gedəcək. Bir aya hazır olacağıq. Komandanı Fatih Terimdən almağın ağırlığını hiss etmirəm".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43