“Bilirdik ki, bizi çətin oyun gözləyir. Buna rəğmən üç xal qazanmalıydıq ki, turnir cədvəlindəki vəziyyətimizi daha da yaxşılaşdıraq”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Neftçi”nin hücumçusu Brayan Moreno Premyer Liqanın 20-ci turunun “Qəbələ”(3:1) ilə görüşündən sonra klubun televiziya kanalına deyib. O, dahas onra belə davam edib:
“Debüt oyunumda qol vurduğum üçün çox sevinirəm. Allaha şükürlər olsun. Ümid edirəm ki, bu, vuracağım qolların başlanğıcıdır”.
“Ağ-qaralar” qış fasiləsində Moreno ilə 1,5 illik müqavilə imzalayıb.