05 Avqust 2021
Ölkə futbolu

“Bu xəbəri eşitdiyim üçün çox şadam” – Qurban Qurbanov

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın avrokuboklara hazırlığı barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis klubun saytına açıqlamasında Azərbaycanda avrokubok matçlarına stadionların tutumunun 50 faizi nisbətində azarkeş buraxılacağı ilə bağlı qərara sevindiyini bildirib:

“Həqiqətən də mənim kimi futbolçularımız da çox sevinirlər. Bu qərarı eşidəndən sonra komandada əhval-ruhiyyə yüksəldi. Ümid edirəm ki, yaxın gələcəkdə 50 faiz yox, elə 100 faiz azarkeşin gəlməsinə icazə veriləcək. Çünki biz hamımız onlar üçün darıxmışıq. Düşünürəm ki, Bakıdakı matçda futbolçularımız tam fərqli bir məsuliyyət hiss edəcəklər. Elə son Avropa çempionatı göstərdi ki, azarkeşsiz futbol futbola bənzəmir. Oyunçuların meydandakı məsuliyyəti azarkeşlərə görə birəbeş  qalxır. Ona görə də mən özüm də bu xəbəri eşitdiyim üçün çox şadam. Azarkeşlərimizin hər biri üçün darıxmışdıq. İnanıram ki, biz yenidən güclü bir kollektiv olacağıq və futbolumuz azarkeşlərimizlə birgə yaxşı bir səviyyəyə qalxa bilər.

Qurbanov ötən gün Rusiya “Arsenal”ı ilə keçirdikləri yoxlama matçı (0:1) haqqında da fikirlərini bölüşüb:

“Bir az fərqli oyun alındı. Çox istəyərdim ki, 90 dəqiqə ərzində bütün futbolçular meydanda olsun. Yəni minimum ilk 11-liyin meydanda  90 dəqiqə qalmasını istəyərdim. Amma bəzi səbəblərə görə matçın gedişatında bəzi futbolçuları planlaşdırdığımızdan daha tez əvəzlədik. Biz hər oyuna qələbə üçün çıxırıq. Futbolçularımızı belə motivasiya edirik. Amma hər bir halda oyunçuların hazırlığını fikirləşirik,  həm də onların meydanda düşünmələrinə böyük önəm veririk. Bu matçda bir neçə epizodu çıxmaq şərti ilə futbolçularımdan razı qaldım. Həqiqətən də inanıram ki, hər şey bizim düşündüyümüz kimi gedir. Son yoxlama matçına komandamızın hazırlığı yaxşı olmalıdır. Tam düşündüyümüz oyunu oynamağa çalışacağıq”.

Əlavə edək ki, “Qarabağ” son yoxlama matçını iyulun 15-i “Auqsburq2a qarşı keçirəcək.

Qeyd edək ki, “Qarabağ” iyulun 22-də UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda “Aşdod” ilə  ilk matça çıxacaq. Görüş saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” daha iki matç keçirəcək

admin

“Xəzər Lənkəran”da Skarlatake sevinci

admin

Azərbaycan Premyer Liqasında XII turda vurulan qollar-VİDEO

admin