13 Sentyabr 2024
Ölkə futbolu

Bu xəbər bölgə klubunda hamının üzünü güldürdü

“Şamaxı” Azərbaycan Premyer Liqasının IV turundakı “Zirə” qələbəsinə (1:0) görə futbolçuları mükafatlandıracaq.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik mövsümün ilk qalibiyyətinə biganə qalmayıb. Futbolçulara 1000 manat mükafat vəd edilib.

Ancaq “premya” dərhal oyunçuların hesablarına köçməyəcək. Belə ki, rəhbərlik AFFA-dan ayrılan maliyyənin klubun hesabına köçdükdən sonra mükafatın oyunçulara veriləcəyini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43