“Kəpəz” qapıçısı Rojerio Santosun xidmətlərindən gələn turdan etibarən yenidən istifadə edə biləcək.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı qolkiper zədəsini demək olar ki, sağaldıb və onu Premyer Liqanın 5-ci turunda “Sabah”la ev oyununda yenidən iş başında görə biləcəyik.
Qeyd edək ki, R.Santos Premyer Liqanın II turunun “Qarabağ”la səfər matçında çiynindən zədələnmişdi