01 Yanvar 2025
Ölkə futbolu

Bu xəbər “Turan Tovuz” azarkeşlərini sevindirəcək

“Turan Tovuz”un legioneri Aleks Souza gələcəyi ilə bağlı qərarını verib. Təcrübəli oyunçu komandadan ayrılmaq niyyətində deyil.

Futbolçunun adı Premyer Liqa klublarımızdan “Səbail” və “Zirə” ilə hallansa da, braziliyalı Tovuz təmsilçisini tərk etməyəcək.

Oyunçunun yaya qədər “Turan Tovuz”da qalacağı dəqiqdi. O, özü də qışda klubdan ayrılmaq istəmir. Rəhbərlik və məşqçilər heyəti də forvarddan razıdı. Yayda onunla yenidən müqavilə artırıla bilər.

Xatırladaq ki, Aleksin Tovuz klubu ilə sözləşməsi 2025-26 mövsümünün sonuna qədərdi.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43