“Qarabağ”ın legioneri Leandro Andrade Kabo-Verde millisində debüt edib.
İdmanxeber.az xəbər verir ki, yarımmüdafiəçi Lixtenşteynə qarşı yoxlama oyununun (6:0) 56-cı dəqiqəsində meydana daxil olub və yığmada debüt edib.
Andrade şəxsi instaqram hesabında paylaşımında bu cür yazıb:
“Bu xalqı təmsil etməkdən qürur duyuram. Daha bir arzum gerçəkləşdi”.