Kateqoriyasız

“Bu xalqı təmsil etməkdən qürur duyuram” – “Qarabağ”ın legioneri

“Qarabağ”ın legioneri Leandro Andrade Kabo-Verde millisində debüt edib.

İdmanxeber.az xəbər verir ki, yarımmüdafiəçi Lixtenşteynə qarşı yoxlama oyununun (6:0) 56-cı dəqiqəsində meydana daxil olub və yığmada debüt edib.

Andrade şəxsi instaqram hesabında paylaşımında bu cür yazıb:

“Bu xalqı təmsil etməkdən qürur duyuram. Daha bir arzum gerçəkləşdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43