Martın 18-də Çempionlar Liqasının 1/8 finalının cavab görüşləri çərçivəsində öz meydanında “Qalatasaray”la qarşılaşacaq “Çelsi” bu oyunöncəsi ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, London klubu “Tottenhem”lə keçirilən görüşdə Fernando Torresin zədələnməsinə üzülüb. İspaniyalı forvardın azı 4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Belə olan halda, Torres “Cim-Bom”la matçı buraxmalı olacaq.