22 Oktyabr 2024
Dünyadan

Budaq Nəsirov oynadı, komandası məğlub oldu

Portuqaliya Sequndasında 20-ci turun qarşılaşmaları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın üzvü Budaq Nəsirovun çıxış etdiyi “Sportinq”in B komandası səfərdə “Akademika”nın qonağı olub. Matç meydan sahiblərinin 1 – 0 hesablı qələbəsiylə başa çatıb.

Budaq Nəsirov görüşün 47-ci dəqiqəsində meydana daxil olub və sonadək mübarizə aparıb.

Qeyd edək ki, 20 turdan sonra aktivində 25 xal olan “Sportinq” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43