Dünya futbolu

Budaq Nəsirovun bu hərəkəti Portuqaliyada gündəm oldu – VİDEO

Millimizin üzvü Budaq Nəsirovun hətəkəti Portuqaliyada gündəm olub.

İdmanxeber.com-un məlumatına görə,”Sportinq”in B komandasında çıxış edən futbolçumuz “Akademika” ilə matçda rəqib komandaya penalti qazandırıb. Maraqlısı odur ki, bu, Nəsirovun meydandan kənarda olduğu vaxt baş verib.

Belə ki, isinmə hərəkətləri edən B.Nəsirov rəqibin hücumu zamanı topa müdaxilə edib. Nəticədə, qarşılaşmanın baş hakimi “Sportinq”in qapısına penalti təyin edib, azərbaycanlı futbolçunu da sarı vərəqə ilə cəzalandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43