“Məşqlər çox ağır keçir. İstirahətdən sonra adətən belə olur. Bilirsiniz ki, mən də bir az gec qoşuldum komandaya. Gündə iki dəfə məşq edirik. Bunun bəhrəsini çempionatda görmək sitəyirik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in yeni trasnferi Əli Səmədov klubun mətbuat xidmətinə verdiyi videomüsahibədə deyib. O, daha sonra belə davam edib:
“Mövsüm bizim üçün çətin olacaq. Büdcə baxımından ən aşağı komanda bizik. Əlimizdən gələni etməliyik. Döyüşkən, mübariz bir komanda yaratmaq istəyirik. Məşqçilər heyəti hamısı yerlidir. Hər biri ilə tanışlığım var. Hamımız əlimizdən gələni edib “Kəpəz”i yuxarı pillələrdə qərarlaşdırmalıyıq”.