İdman

Buffon İtaliya millisinə qayıdır

Bir müddət əvvəl milli komanda karyerasını bitirdiyini açıqlayan təcrübəli qapıçı Canluci Buffon yenidən yığmaya dönə bilər.

İdmanxeber.com-un “Sky Sport”a istinadən verdiyi məlumata görə, milli komandanın hazırkı baş məşqçisi Luici Di Byaco 40 yaşlı “əlcək sahibi”ni yenidən millidən görmək istəyir. Bu səbəbdən İngiltərə və Argentina ilə keçiriləcək yoxlama matçlarında Ciciyə dəvət göndərməs gözlənilir. Buffonun isə bu təklifə isti yanaşdığı söylənilir.

Buffonun Avro-2020-yə qədər yığmada qalacağı da yayılan xəbərlər arasındadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43