Bu gün Azərbaycan Premyer Liqasının XVIII turun oyunlarına start veriləcək.
İdmanxeber.com-un məlumatına görə, baş tutacaq oyunlardan yalnız biri – “Qarabağ” – “Sumqayıt” görüşü canlı yayımlanmayacaq.
“Xəzər Lənkəran” – AZAL və “Simurq” – “Bakı” qarşılaşmaları meydan sahiblərinin klub TV-si vasitəsi ilə azarkeşlərə canlı nümayiş etdiriləcək.
“Qəbələ” – “İnter” oyunu isə İdman Azərbaycan kanalı vasitəsi ilə canlı yayımlanacaq.