04 Dekabr 2024
Ölkə futbolu

“Buna görə həyat yoldaşım mənə əsəbləşir” – Yakub Jezniçak

“Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı futbolçu boş vaxtlarını əyləncəli oyunlar oynayaraq keçirdiyini bildirib. Təcrübəli oyunçu daha çox idman oyunlarına üstünlük verdiyini də vurğulayıb:

“Neçə ildir ki, playstation oynayıram. Evdə yalnız FİFA oyunum var. Bəzən saatlarla oynadığım olur. Düzdür, həyat yoldaşım buna əsəbləşir. O, məni oyunu əlimdən  almaqla hədələyir. Ancaq yenə də oynamağa davam edirəm.

Hərdən bazada da futbolçularla oynayırıq. Əsasən gənc futbolçularla aramızda rəqabət olur. Toplanışdan və məşqdən sonra boş vaxtımız çox olur. Həyatımızın mahiyyəti çox vaxt əyləncələrə getməyimiz olur. Subay gənclər evdə olanda rahatlıqla saatlarla oynaya bilirlər. Mən bunun onları təhsildən yayındırdığını düşünmürəm. Təlim zamanı yalnız oyun barədə düşünməli olursan. Bu oyun isə bizim üçün yaxşı əyləncədi. Əlbəttə, müəyyən vaxtdan sonra asılılıq yaranır ki, bu, təhlükəlidi. Ancaq əylənmək, zövq almaq üçün oynayırsansa, vaxt sərf etmək üçün əla vasitədi”.

Qeyd edək ki, Yakub Jezniçak 2017-ci ildən “Qarabağ”ın formasını geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43