22 Oktyabr 2024
Kateqoriyasız

Buna sevinəcəksiniz! “Frayburq” Bakı səfərini…

UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”ın qonağı olacaq “Frayburq” Bakıya ikinci heyətlə gəlir.

İdmanxeber.az-ın məlumatına görə, Almaniya təmsilçisi qrup liderliyini təmin edib və paytaxtımızdakı matç onlar üçün formal xarakter daşıyacaq.

Komandanın baş məşqçisi Kristian Ştrayx Bundesliqada uğurlu çıxış edən komandanın üzvlərinin bir qisminə istirahət vermək qərarına gəlib. Məhz bu səbəbdən də komanda Bakıya sabah axşam saatlarında gələcək və oyundan öncə keçirilməli olan mətbuat konfransını da Almaniyada keçirəcək.

“Qarabağ” – “Frayburq” matçı noyabrın 3-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43