Ölkə futbolu

“Bundan da artığını etməliyəm” – Osama Xalayla

“Ölkə kubokunda yarımfinala vəsiqə qazandıq. “Araz Naxçıvan”a qol vurduğum və qalib gəldiyimiz üçün çox xoşbəxtəm. Növbəti mərhələdə də bu çıxışımızı davam etdirməliyik”.

Bu sözləri İdmanxeber.az saytına “Qəbələ”nin hücumçusu Osama Xalayla Azərbaycan Kuboku 1/4 final mərhələsi çərçivəsində keçirilən “Araz Naxçıvan” matçı barədə danışarkən deyib. 25 yaşlı hücumçu “qırmızı-qaralar”ın Premyer Liqada sonuncu sırada getməsindən də söz açıb:

“Biz yaxşı oyun göstəririk. Buna davam etməliyik. Əsas sonunu gətirməkdir. Heç kimə baxmadan, özümüzü oyunlara kökləmək lazımdır. Hədəfimizə çatmaq üçün addım-addım irəliləyəcəyik. Yaxşı oynasaq da, problemlərimiz var. Matçlarda əlverişli imkanlaran istifadə edə bilmirik. Bunun üçün öz üzərimizdə çalışırıq. Gələcək oyunlarda da bu imkanlar ələ düşəcək, onlardan yararlanmağa çalışacağıq. Hədəfimiz Premyer liqada qalmaqdır. Əksini düşünmək belə istəmirik. Biz Premyer Liqada qalmalıyıq”.

İsrailli futbolçu öz performansına da toxunub: 

“Razıyam ki, hər şey mükəmməl deyil. Amma mən hər zaman çalışıram. Bundan da artığını etməliyəm. Bilirəm ki, məhsuldarlığım azdır. Amma davamlı üzərimdə işləyirəm. Növbəti oyunlarda vəziyyəti dəyişməyə çalışacam. Ya mən, ya da digər komanda yoldaşlarım. Fərqi yoxdur. Əsas olan komandanın qələbəsi üçün çalışmaqdır”.

Həsən Quluzadə

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43