Kateqoriyasız

“Bundan sonra işğaldan yox, bu zəfərdən danışacağam” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qarabağın Ermənistanın işğalından azad olunması ilə bağlı danışıb.

O, klubun mətbuat xidmətinə açıqlamasında deyib:

“Bütün fikrimiz ordudan gələn xəbərlərdə idi. Hər birimizin illərdir gözlədiyi xəbər dünən cənab Ali Baş Komandamız tərəfindən verildi. Hər zaman komandama hansı şəhəri təmsil etdiyimizi, hansı adı daşıdıqlarının məsuliyyətini izah edirdim. İndidən sonra işğal haqda yox, bu zəfərdən danışacağam.

Şükürlər olsun ki, ordumuzun şücaəti nəticəsində artıq torpaqlarımız düşmən işğalından qurtuldu, inanıram ki, məcburi köçkünlərimiz tezlikdə öz evlərinə qayıdacaq. Həmin şəhərlərimizdə oynayacağımız günü səbrsizliklə gözləyirəm.

Allah şəhidlərimizə rəhmət etsin. Allah şəhid analarımıza səbr versin. Gözün aydın olsun, Azərbaycan”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43