19 Noyabr 2024
Dünya futbolu

Bundesliqa klubu baş məşqçisiylə müqavilə uzadıb

“Ştuttqart” baş məşqçi Sebastyan Hönessin müqaviləsini uzadıb.

İdmanxeber.az məlumat verir ki, 41 yaşlı məşqçinin sözləşməsinin müddəti 2027-ci ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Sebastyan Hönes 2023-cü ilin aprel ayından “Ştuttqart”ı çalışdırır. Komanda Bundesliqada 24 turdan sonra 50 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43