Almaniya II Bundesliqa təmsilçisi “Fortuna” tarixi qərar qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi gələn mövsüm ev oyunlarında biletlərin pulsuz olacağını bildirib. Onlar bu qərarla şəhərdə futbola olan marağın artacağını və tərəfdarların komandaya daha çox dəstək olacağını düşünür.
Düsseldorf təmsilçisi növbəti mövsümdən iddialı bir komanda formalaşdıraraq Bundesliqaya yüksəlməyi hədəfləyir.