08 Yanvar 2025
Dünya futbolu

Bundesliqa klubu “Milan”ın futbolçusuna “elçi düşdü”

“Milan”ın futbolçusu Noah Okafor karyerasını Almaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Bundesliqa təmsilçilərindən “Leyptsiq” futbolçuya “elçi düşüb”. Tərəflər arasında danışıqlar müsbət yekunlaşmaq üzrədi. 

2023-cü ilin yayında “Milan”a transfer olunan Okafor cari mövsümdə 16 oyunda meydanda olub, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43