Almaniya Bundesliqası təmsilçisi “Hoffenhaym” baş məşqçi Pelleqrino Mataratso ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, 46 yaşlı çalışdırıcı ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.
Mataratsonun rəhbərliyi ilə komanda Almaniya çempionatında 10 turdan sonra 9 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.