Almaniya Bundesliqasında mövsümün ən yaxşı oyunçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, “Borusiyya”nın futbolçusu Jud Bellingem bu ada layiq görülüb. 19 yaşlı yarımmüdafiəçi cari mövsüm Bundesliqada 31 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Son turda “Maynts”la 2:2 hesablı heç-heçə edən Dortmund klubu çempionluğu əldən verərək mövsümü ikinci yerdə başa vurub.
Xatırladaq ki, ingiltərəli futbolçunun növbəti mövsümdən “Real”da çıxış edəcəyi bildirilir.