Dünya futbolu

Bundesliqada mövsümün rəmzi heyəti müəyyənləşdi

Almaniya bundesliqasında cari mövsümün rəmzi komandası müəyyənləşib.

Bundesliqanın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, rəmzi komandada aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçı: Manuel Noyer (“Bavariya”)

Müdafiəçilər: Sead Kolaşinaç (“Şalke”), Mats Hummels (“Bavariya”), Niklas Sule (“Hoffenhaym”), Lukas Pişek (“Borussiya” Dortmund)

Yarımmüdafiəçilər: Emil Forsberq (“Leyptsiq”), Tiaqo Alkantara (“Bavariya”), Nabi Keyta (“Leyptsiq”)

Hücumçular: Usman Dembele (“Borussiya” Dortmund), Robert Levandovski (“Bavariya”), Pyer-Emerik Obameyanq (“Borussiya” Dortmund)

Sorğu zamanı 7 milyon 600 min səs verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43