Dünya futbolu

Bundesliqanın ən yaxşısı açıqlandı

“Bayer”in yarımmüdafiəçisi Florian Virts Almaniya çempionatında mövsümün ən yaxşı oyunçusu seçilib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu cari mövsüm çempionatda 32 matçda meydana çıxıb, 11 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Futbolçunun transfer qiyməti 110 milyon avrodur.

“Bayer” tarixində ilk dəfə Almaniya çempionu oldu. Komanda mövsümü məğlubiyyətsiz başa vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43