08 Dekabr 2022
Dünya futbolu

“Bunu bacara bilərik” – “Olimpiakos”un baş məşqçisi

“Qarabağ”a qalib gəlmək istəyirik. Bunu bacara bilərik”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Olimpiakos”un baş məşqçisi Miçel Qonsales Yunanıstanda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis bildirib ki, 3 xal qazanmaqdan başqa düşüncələri yoxdur: “Hansı komandanı təmsil etdiyimizi yaxşı bilirik. Mənim oyun fəlsəfəm ancaq qələbəyə hesablanıb. İlk addımı atmalıyıq”.

59 yaşlı baş məşqçi “Qarabağ”ın çox yaxşı komanda olduğunu bildirib: “Bəzi top komandalarla oyunlarda gözəl qələbələr qazanıb. İllərdir avrokubokların qrup mərhələsində çıxış edir. Rəqibə hörmətlə yanaşırıq”.

Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Ramil Şeydayev: “Hücum futbolu oynamaq xoş idi”

admin

FİFA fulbolçuları heyvanlara bənzədən film hazırladı VİDEO

admin

“Mançester Yunayted” darmadağınla qalib gəldi – VİDEO

admin