Xəbər verdiyimiz ki, II Liqada XIII tur çərçisində keçirilməli olan “Qusar” – “Şahdağ Qusar” görüşü baş tutmayıb.
İdmanxeber.az-a verilən məlumata görə, buna səbəb ev sahibi komandanın oyunçularının meydana çıxmamasıdı. Belə ki, “Qusar” futbolçularının bəziləri Azərbaycan Minifutbol çempionatında çıxış edən “Birbaşa” komandasının üzvləridi.
Adıçəkilən komandanın bu gün saat 21:45-də “Altay Füzuli” ilə görüşü olduğu üçün oyunçular “Şahdağ Qusar” matçına çıxmaqdan imtina edib. Onlar “Birbaşa”dan daha yüksək maaş aldıqları üçün öncəliyi bu komandanın oyununa veriblər.
Bu halda böyük ehtimalla “Qusar”a “Şahdağ Qusar” görüşündə texniki məğlubiyyət və pul cəzası veriləcək.