İdman

Bunu da ilk dəfə Messi bacardı

“Barselona”nın lideri Lionel Messi daha bir rekorda imza atıb. 

İdmanxeber.com-un məlumatına görə, argentinalı forvard bunu La Liqanın XXXV turunda “Deportivo” ilə qarşılaşmada reallaşdırıb.

 
Belə ki, matçda het-trik müəllifi olan Leo cari mövsümdə toplarının sayını 32-yə çatdırıb. Bununla Messi La Liqada 7 mövsüm 30 qol həddinə çatan ilk oyunçu olub. O, 2009/10 (34), 2010/11 (31), 2011/12 (50), 2012/13 (46), 2014/15 (43) və 2016/17 (37) mövsümündə də 30-dan çox qola imza atıb.
 
Qeyd edək ki, “Deportivo” – “Barselona” oyunu 2:4 hesabı ilə nəticələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43