“Mahirin bəlli qiymətinin olması mənə aydındır. Yalnız bundan sonra dəyişiklik haqqında düşünməyə hazır olacağıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Nürnberq” klubunun rəsmisi millimizin üzvünün Almaniya klubundan mümkün ayrılığı barədə danşarkən deyib. O, daha sonra belə davam edib:
“Artıq məşqlərdən kənarlaşdırılmayacaq. Mən də onunla bu məsələni müzakirə etmişəm. Biz təzyiq altında deyilik. Cənubi Koreya təmsilçisi bizimlə yenidən əlaqə saxlayacaqmı? Bunu etməsələr, Mahir “Nürnberq” üçün oynamağa davam edəcək və inanıram ki, qollarını da vuracaq”.
Mahir Emreli ötən yay Zaqreb “Dinamo”sundan “Nürnberq”ə keçib.