“Qalatasaray”ın
futbolçusu Burak Yılmaz Çinə üz tutan futbolçuların karvanına qoşula bilər.
İdmanxeber.com-un
məlumatına görə, türkiyəli forvardla sözügedən ölkənin “Pekin Guoan” klubu
yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Həmkarlarımızın
iddiasına görə, artıq Buraka görə İstanbul təmsilçisinə 8 milyon avroluq təklif
paketi göndərilib.
Bu xəbərin
böyük rezonans doğurmasına rəğmən, “sarı-qırmızılar” məsələylə bağlı rəsmi məlumat
yaymayıb.